Bakı-Quba-Dağıstan sərhədi yolunun Ağbil kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un məlumatına görə, Aşağı Xuc kənd sakini, 23 yaşlı Ceyhun Ələnməd oğlu Yusifovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində xəsarət alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin o, həkimlərin səylərinə baxmayaraq vəfat edib.
Avtomobildə olan sərnişin 24 yaşlı Asim Asəf oğlu Qafarov isə müxtəlif bədən xəsarətləri alıb.