Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin "Mələklərin fəryadı" adlı qobelen sərgisi açılacaq.
Shimal.News xəbər verir ki, martın 29-dan etibarən fəaliyyətə başlayacaq sərgi 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımların 107-ci ildönümünə həsr olunacaq.
Sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilir. Buradakı əsərlər, xüsusilə 1918-ci ildə baş verən Quba soyqırımına həsr olunan faciənin dərin təsirini izləyicilərə çatdırır.