Quba rayonunda yağan güclü yağış bir sıra ciddi fəsadlar yaradıb.
Shimal.News-un məlumatına görə, Quba rayonu Kazım Kərimov adına Gədikqışlaq kənd ümumi orta məktəbinin binasını su basıb.
Bununla yanaşı, sel suları rayonun müxtəlif hissələrindən keçən avtomobil yollarında da hərəkəti çətinləşdirib.