top
Qubada Lotu Yusifin CİNAYƏTİ - TƏFFƏRÜTLAR
26 fevral 2025, 16:01
- ↺ +

Qubada "Lotu Yusif"in CİNAYƏTİ - TƏFFƏRÜTLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2016-cı il noyabrın 16-da  Quba rayonunda qətl hadisəsi olub. 1979-cu il təvəllüdlü Ramiz Məmmədov aldığı bıçaq yarasından xəstəxanada dünyasını dəyişib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdldü Yusif Babayev saxlanılıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi aparılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

Müəyyən edilib ki, aprelin 24-də Quba və Xaçmaz rayonlarını birləşdirən körpünün yaxınlığında taksi sürücüsü Şövkət İbrahimov mülkiyyətində olan "VАZ-21010" markalı maşından düşüb marketə gedib. Yusif Babayev də bundan istifadə edərək, mühərriki işlək vəziyyətdə dayanmış maşının sükanı arxasına əyləşib və onu oğurlayıb.

Bundan başqa, noyabrın 16-da Barlı kəndi ərazisindəki avtobus dayanacağında baş verən mübahisə zamanı Y.Babayev həmkəndlisi və uzaq qohumu olan Ramiz Məmmədovu bıcaqla vurub öldürüb.

İş üzrə dindirilmiş Yusif Babayev bildirib ki, Samur-Abşeron su kanalının yaxınlığında Şövkət İbrahimovun idarə etdiyi "VAZ" markalı avtomobildən başqa bir nəfərlə düşərək, qapını bağlamadan marketə girdiyini görüb:

"Buna görə maşını ələ keçirib bir qədər rayon ərazisində idarə etdim. Sonra avtomobilin açarını üzərində qoyub evimə getdim.

Noyabrın 16-i saat 11:00 radələrində Ramiz Məmmədovun xalası oğulları Elgün və Təbrizlə birlikdə dayanacaqda  dayandığını görüb, onlara yaxınlaşdım. Söhbət zamanı Ramiz mənə oğlum İlqar Babayevi bıçaqlayan əvvəllər məhkum olunan, həmkəndlim Qəfər Ağazadədən qоrхduğumu dedi. Bu zəmində aramızda mübahisə yarandı. Qəzəblənib Ramizin yaxasından tutdum və sağ əlimdə saxladığım bıçaqla altdan yuxarı istiqamətdə onun qarnına zərbə endirdim. Ramiz dayanacağın arxasına tərəf qaçdı. Evə gedərək ailə üzvlərimə Ramizi bıçaqladığımı dedim. Bir neçə saatdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparıldım".

Zərərçəkmiş şəxsin hüquqi varisi Şövkət Niftəliyeva ifadəsində göstərib ki, həmkəndlisi Yusif Babayev heç kimlə yola getməyən, evində və çöldə davaya meylli, dəfələrlə övladlarına və öz anasına müxtəlif bədən xəsarətləri yetirən şəxs olub:

"Noyabrın 16-da Bakıda olanda bacım zəng edərək, Yusifin oğlumu bıçaqladığını xəbər verdi. Taksi ilə birbaşa xəstəxanaya gəlsəm də, Ramizin orada olmadığını gördüm. Onun meyitinin Patoloji anatomiya şöbəsinə aparıldığını bildirdilər. Daha sonra mənə məlum oldu ki, Yusif səbəbsiz yerə Ramizə bıçaqla ağır xəsarət yetirib".

Şahid Təbriz Xoşbəxti bildirib ki, Yusif Ramizlə mübahisə edərkən, qardaşı Elgünlə onları ayırmağa çalışıblar:

"Bu an Yusif Ramizə bıçaqla zərbə vurub qaçdı. Ramizin köynəyini qaldıranda, qarnından qan gəldiyini gördük. Dərhal taksi ilə onu xəstəxanaya apardıq. Təxminən 1 saatdan sonra həkim dedi ki, Ramiz ölüb. Yusif Babayev hər hansı bəhanə ilə kənd sakinlərinə sataşıb insanları münaqişəyə cəlb edirdi. Bıçaqla divarlara "Lotu Yusif" və "Hamı məndən qorxsun" sözlərini yazırdı".

Məhkəmə iclasında Yusif Babayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Yusif Babayevin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 185.1-ci (talama məqsədi olmadan avtomobili və  ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddələri ilə düzgün tövsif olunub. Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər