Qubada Zəfər Günü münasibətilə konsert təşkil olunub.
Shimal.News xəbər verir ki, “ASAN xidmət” mərkəzinin qarşısında respublikamızın bir sıra tanınmış incəsənət ustalarının, populyar müğənnilər Xatun, Nazpəri, aparıcı Əkbər, Qubadan olan meyxana ustalarının iştirak ilə şənlik proqramı təşkil edilib.
Daha sonra isə saat 18:00-da “Quba meydanı" mədəniyyət və istirahət parkında tanınmış DJ-in iştirakı ilə bayram şənliyi, eləcə də şou proqramlar keçiriləcək.