top
Qubada kənd sakinlərinin pay torpaqları mənimsənilib – REPORTAJ
15 noyabr 2024, 18:19
- ↺ +

Qubada kənd sakinlərinin pay torpaqları mənimsənilib – REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun ucqar kəndlərindən olan Çarxaçu kəndinin sakinləri deyir ki, torpaqsız kəndli yaşaya bilməz. Onların məhsuldar torpaqlarını qanunsuz şəkildə əlindən alıb, əvəzinə heç nəyə yaramayan daşlı-qayalı ərazini pay torpağı kimi təqdim ediblər.

Analoq.az-a müraciət edən sakinlər deyir ki, vaxtilə kəndin balansında olan əkinə yararlı torpaqlar bələdiyyə sədri və digər məmurlar tərəfindən qəsdən kəndin balansından çıxarılıb və qanunsuz olaraq qonşu Xaltan kəndinin balansına salınıb.

Bunu Xaltan kənd icra nümayəndəsi, aqrar islahat komissiyasının sədri Rafiq Tayibov 1995-1997-ci illərdə təşkil edib. Şikayətçilər bildirirlər ki, bu şəxs həmin kəndin sakini olduğu üçün ərazini sonradan mənimsəmək üçün qanunsuz olaraq o kəndin balansına keçirib.

Çarxaçu sakinlərinə çay yatağı olan, yolu olmayan, əkinə yaramayan daş-qayalıqdan və gil torpaqdan olan ərazilər verilib. Həmin yer 7-8 km məsafədə yerləşməsinə baxmayaraq, ora yalnız çayda su olmayanda UAZ maşını ilə 1 saatdan artıq vaxta çatmaq olar. Sakinlər əraziyə müvafiq idarələrdən mütəxəssis də dəvət ediblər və onlar da rəsmi sənədlə rəy verib ki, bu ərazi istifadəyə tamamilə yararsızdır.

Sakinlər deyir ki, bu torpaq bələdiyyə xəritəsində qonşu kəndə verilmiş görünür, amma orada nə möhür var, nə də kiminsə imzası. Bilinmir ki, kim necə, hansı əsasla torpağı bu kənddən alıb sakinlərin qanuni almalı olduqları pay torpağına kim sahib çıxıb.

Sovet dövründə Çarxaçuda 500 nəfər, hazırda isə 200 nəfərə yaxın əhali qalıb. Onlar səbəb kimi əkib-becərmək üçün torpağın olmaması və dolanışığın çox çətin olduğunu bildirirlər. Kənddə boş qalmış evlər çoxdur. Cəmi 25-30 evdə yaşayış var.

Bu ucqar kənddə nə qaz var, nə tibb məntəqəsi, nə internet, nə də yol var. Bura yalnız UAZ və Niva markalı maşınlar gedə bilir. Onlar da 1-2 gedişə xarab olur. Buna görə də rayon mərkəzindən bu kəndə maşın 70 manata aparır. Hər hansı bir xəstəni təcili olaraq rayon mərkəzinə çatdırmaq saatlarla vaxt aparır və böyük xərc tələb edir. Qış dövründə isə bu yolla gedib gəlmək mümkün deyil.

Yerli əhali yalnız həyətlərində bir neçə meyvə ağacı, toyuq-cücə, heyvan saxlamaqla birtəhər vəziyyətdən çıxırlar. Onlar ölkə başçısından və müvafiq dövlət orqanlarından öz qanuni haqlarının təmin edilməsini, onların pay torpaqlarının verilməsini xahiş edirlər.

Qeyd edək ki, kəndin yaxınlığında 30 ha yararlı torpaq sahəsi var, lakin onu da sakinlərə vermirlər ki, bura Xaltan kəndinin örüş yeridir. Bu yer qanunsuz əməliyyatdan əvvəl bu kəndin balansında olub.

Məsələ ilə bağlı Xaltan kənd bələdiyyəsinin sədri Budaq Şixnəsirli ilə əlaqə saxlayıb münasibət öyrənmək mümkün olmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər