Qubada itlərin boğuşdurulması ilə bağlı görüntülər sosial şəbəkələrdə yer alıb.
ShimalNews xəbər verir ki, heyvanla rəhmsiz rəftar edilməsi ilə bağlı əməl polis tərəfindən nəzarətə götürülməklə araşdırılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Oxu.az”-a bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı tədbir görülüb:
"Polis əməkdaşları tərəfindən əməli törədən şəxslər müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülməklə aidiyyəti üzrə göndərilib".
[video width="640" height="640" mp4="https://shimal.news/storage/photos/2024/09/IMG_4955.mp4"][/video]