top
Qubada intellekt marafonunun finalı: “İstiqlal” qalib oldu
02 dekabr 2024, 14:54
- ↺ +

Qubada intellekt marafonunun finalı: “İstiqlal” qalib oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhərdən kəndə-səyyar intellekt marafonu” layihəsinin final mərhələsi keçirilib.

Shimal.News  xəbər verir ki, Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında yeniyetmə və gənclərin iştirakı ilə intellektual oyunların keçirilməsini nəzərdə tutan layihənin final mərhələsinin tədbiri Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində təşkil edilib.

Final mərhələsində Rustov kəndinin “Zəfər”, Çiçi kəndinin “Qartallar”, Dağlı kəndinin “Ekipaj”, Küpçal kəndinin “Zəfər” , Susay kəndinin “Susay”, Digah kəndinin “Uğur”, Qımılqışlaq kəndinin “Qımılqışlaq”, Əliməmmədoba kəndinin “Ultimatum”, İkinci Nügədi kəndinin “Azman”, Birinci Nügədi kəndinin “İntellekt”, İsnovqışlaq kəndinin “Zirvə”, Mirzəqışlaq kəndinin “Zəka”, Zərdabi qəsəbəsinin “İstiqlal”, Barlı qəsəbəsinin “Viktoriya”, Alekseyevka kəndinin “RT-Team” və Quba şəhərinin “İntellekt” komandaları tərkibində 80 nəfər yeniyetmə və gənc iştirak edib.

Rəsmi hissədən sonra keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə final mərhələsində Quba rayonunun Zərdabi kəndini təmsil edən “İstiqlal” komandası qalib olub. Küpçal kəndinin “Zəfər” komandası ikinci, Susay kəndinin eyniadlı komandası isə üçüncü yeri tutub. Yekunda qalib və mükafatçılar kitab hədiyyələri, diplom, medal və kubokla təltif olunublar.

Qeyd edək ki, layihəyə Qubanın 8 müxtəlif kənd və qəsəbə zonasında keçirilən intellektual yarışlarda ümumilikdə rayonun 72 kənd və qəsəbəsində yaşayan və təhsil alan 442 nəfər yeniyetmə və gənc qatılıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər