Qubada faciəli ölüm qeydə alınıb. Bu barədə ShimalNews 24 iyul tarixində məlumat verir.
Gecə saatlarında 37 yaşlı Mehyəddin Məmmədov və 32 yaşlı Aysel Əzizova görüşüblər. Onlar avtomobillə qapalı qarajda olduqları zaman kondisioner və mühərrik işlək vəziyyətdə olub. Nəticədə yığılmış dəm qazı hər iki şəxsin ölümünə səbəb olub. Onların cəsədləri səhər saatlarında aşkar edilib.
M.Məmmədovun subay, A.Əzizovanın isə əvvəllər evli və 2 övladı olduğu bildirilib.
Araşdırma davam edir.