Qubada qəza olub. ShimalNews bu haqda 2 mart tarixində xəbər verir.
Hadisə saat 14:30 radələrində baş verib. Şahidlərin sözlərinə görə, Heydər Əliyev prospektindən Qələbə küçəsinə dönən “VAZ” markalı avtomobil burada “Mercedes-Benz”lə toqquşub. Xəsarət alan olmayıb. Əraziyə yol polisi və sığorta əməkdaşları gəliblər.