Qubanın Vladimirovka kənd sakinləri icra başçısına qaz limitinin artırılması ilə bağlı müraciət ediblər. Bu haqda ShimalNews 16 dekabr tarixində məlumat verir.
Dekabrın 15-i rayon rəhbəri Ziyəddin Əliyev Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Burada rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlərə onları narahat edən məsələlərin aidiyyəti təşkilatlar qarşısında qaldırılacağı bildirilib.