top
Qubada həkimlər ana və körpəni xilas etdilər
19 noyabr 2025, 17:00
- ↺ +

Qubada həkimlər ana və körpəni xilas etdilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada ağır vəziyyətdə xəstəxanaya çatdırılan hamilə qadın və körpəsi xilas edilib.

28 sentyabr 2025-ci il səhər saat 09:00 radələrində 36 yaşlı hamilə qadın ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə 32 həftəlik hamiləlik, uşaqlıq üzərində çapıq, mərkəzi cift gəlişi və ciftin vaxtından əvvəl ayrılması diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra qadın güclü qanaxma ilə Quba Regional Perinatal Mərkəzinə təxliyə olunub.

Shimal.News xəbər verir ki, bu baradə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, mərkəzdə zəruri tibbi müdaxilələr aparıldıqdan sonra həkimlərin qərarı ilə qeysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib. Nəticədə 1600 qram çəkidə və 42 sm boyunda oğlan uşağı dünyaya gəlib. Ağır qanaxma səbəbilə körpə asfiksiya vəziyyətində doğulub, lakin əməliyyat blokunda aparılan reanimasiya tədbirləri ilə həyata qaytarılıb.

Körpənin ağciyər funksiyasını dəstəkləmək üçün dövlət təminatlı “Curosurf” preparatı LISA metodu ilə tətbiq olunub və o, 3 həftə müddətində süni tənəffüs dəstəyi ilə təmin edilib.

Ana Reanimasiya şöbəsində, körpə isə Yenidoğulmuşların reanimasiyası şöbəsində müalicəsini davam etdirib. Həkimlərin intensiv səyləri nəticəsində körpənin nəfəsi bərpa olunub, əmmə refleksi aktivləşib, qida qəbulunda və laborator göstəricilərində normaya uyğunlaşma müşahidə edilib.

Vəziyyətləri stabilləşən ana və körpə xəstəxanadan evə buraxılıblar.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər