Quba Rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnən hadisə baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, tanınmış ürək həkimi Cabir Məmmədovu avtomobil vurub. Ona həkimlər dərhal tibbi yardım göstəriblər. Həkimin baş nahiyyəsindən xəsarət aldığı və Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.
Hadisə polis əməkdaşları tərəfindən araşdırılan zaman, Dr.C.Məmmədov hadisəni törədən şəxs barəsində şikayətçi olmadığını bildirib.