Quba sakinləri üçün ödənişsiz həkim müayinəsi keçiriləcək. Bu barədə ShimalNews-a 28 noyabr tarixində məlumat daxil olub.
Qəbul sabah, 29 noyabr tarixində Quba Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən aparılacaq. Müayinələr ginekoloq və pediatrlar tərəfindən keçiriləcək. Ödənişsiz yoxlama zamanı qan analizləri götürüləcək və nəticə əsasında müalicə təyin olunacaq.
Ünvan: Zərdabi qəsəbəsi, Fatmaxanım Şıxıyeva küçəsi.
Əlaqə nömrəsi: (023) 334-43-13.