Quba rayonunun Küsnət kəndi ərazisində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, açıq ərazidə kol-kos və qamışlıq alışıb.
Ərazilərə FHN-nin yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlər aparılıb.