Ötən gün saat 16:00 radələrində Quba rayonunun Xaltan kəndində güclü külək nəticəsində bir sıra ev və obyektlərə ziyan dəyib.
Shimal.News-a daxil olan məlumata görə, qəfil başlayan qasırğalı külək kənddə yerləşən klub binasının və bir neçə yaşayış evinin dam örtüyünü qoparıb.
Qeyd olunur ki, əvvəllər bu ərazidə belə güclü külək halları nadir müşahidə olunurdu. Lakin son dövrlərdə bu cür təbiət hadisələrinin sayı artmaqdadır.