Gənclər üçün növbəti dəfə "Təhsil və Karyera Yolunda İnkişaf Proqramı"na start verilib.
Shimal.News xəbər verir ki, layihə çərçivəsində ADPU-nun Quba filialında təhsil alan bir qrup gənc üçün karyera məsləhətçisi Eyvaz Xeyrullayev tərəfindən "Karyera planlaması" mövzusunda təlim keçirilib.
Təlim zamanı gənclər "Dəyərlər", "Əmək bazarı nədir?", "Planlama" mövzularında biliklərə yiyələnib, praktiki tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, inkişaf proqramı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə keçirilir.