Quba rayonunda məktəblilər arasında oxçuluq üzrə seminar keçirilib. Bu haqda ShimalNews 30 dekabr tarixində məlumat verir.
Tədbir Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Seminarda federasiyanın məşqçisi Fuad Allahverdiyev idmançıların iştirakı ilə kamandan oxatmanın qaydalarını əyani şəkildə nümayiş etdirmişdir.
Sonda məşqçi və idmançılar iştirakçıların suallarını cavablandırmışlar.