top
Qubada Gənc Etnoqrafların I Respublika Forumu – FOTO
04 iyun 2025, 16:18
- ↺ +

Qubada Gənc Etnoqrafların I Respublika Forumu – FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib.

Shimal.News xəbər verir ki, Forumun işinə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb.

Yerli idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, etnik qrupların nümayəndələri, ziyalılar, həmçinin gənclər forumda iştirak ediblər.

İlk olaraq, sənətkar və rəssamların əl işləri, posterlər və “Alaca” Milli Geyim Evinin libaslarından ibarət sərgilərlə tanışlıq olub.

Forum iştirakçıları geniş elmi məruzələr silsiləsi ilə "Tarix və Mədəniyyət", "Arxeologiya və Antropologiya", "Etnoqrafiya və Etnologiya" və "Tarixi abidələr və Turizm" sahələrində müzakirələr apararaq Azərbaycanın qədim mədəni irsinin günümüzdə necə qorunmalı və gələcək nəsillərə ötürülməli olduğu mövzusunda fikirlər bildirib, mövzu ətrafında slayd və posterlər təqdim ediblər. Plenar iclasdan sonra forumun işi 4 bölmədə davam edib.

Gün ərzində davam edən bölmə iclasları, elmi müzakirələr həm sahə mütəxəssisləri, həm də forum iştirakçıları üçün böyük əhəmiyyət daşıyıb. İştirakçılar Azərbaycan etnoqrafiyası barədə, eləcə də şimal-şərq bölgəsinin maraqlı fakt və məlumatları ilə tanış olublar.

2 günlük forum işinə 5 iyun tarixində iştirakçılar üçün təşkil olunan mədəni proqramın, abidələrin, o cümlədən Tağlı körpü, Qırmızı qəsəbə, üç tarixi məscid və Gümbəzli Hamam kimi tarixi yerlərin ziyarətinin həyata keçirilməsi ilə sonlanacaq.

Quba şəhərində keçirilən bu tədbir gənc etnoqrafların və tədqiqatçıların bir araya gəlməsi, əməkdaşlıq əlaqələrinin inkişafı və Azərbaycanın zəngin mədəni irsinin qorunması məsələsində yeni yanaşmaların ortaya qoyulması baxımından böyük əhəmiyyət kəsb edir.

Forum çərçivəsində 70-ə yaxın elmi məqalələr təqdim edilib, 150-dən çox iştirakçı qatılıb və forumun materiallar toplusu hazırlanıb.

Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla ümumilikdə 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər