Qubada "Gələcəyi formalaşdıran qadınlar" forumu baş tutub.
Shimal.News xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan forumda öz sahələri üzrə peşəkar spikerlər gənclər üçün "Qadının gücü", "Qadınların sahibkarlıqda rolu", "Təhsilli qadın güclü cəmiyyətin təməlidir" mövzularında çıxışlar ediblər.
Forum Quba regional "ASAN xidmət" mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
