Quba rayonunda maarifləndirmə məqsədilə təlimlər keçirilib.
Shimal.News xəbər verir ki, tədbir Aqrar Xidmətlər Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı çərçivəsində baş tutub.
Təlimçilər və fermerlərin cəlb olunduğu təlimlər "Azərbaycanda düzgün istifadə yolu ilə pestisidlərdən istifadənin azaldılması, zərərvericilərə və xəstəliklərə nəzarət üzrə aqronomların bilik və bacarıqlarının gücləndirilməsi" layihəsi üzrə təşkil olunub.
İştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.
