Quba rayonunda "Aqrokimyəvi maddələrin və pestisidlərin istifadə qaydaları" mövzusunda təlim keçiriləcək. Bu haqda ShimalNews 23 aprel tarixində məlumat verir.
Tədbir 25 aprel tarixində saat 11:00-da Regional Təlim Mərkəzinin inzibati binasında (fermer evi) təşkil ediləcək. Təlimə fermerlər və sahibkarlar dəvətlidir.
Toplantı Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.
Ətraflı məlumat üçün: 050-628-30-03.