Quba rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində partlayış və yanğın baş verib.
Shimal.News xəbər verir ki, Bədiyəl Babayevə məxsus fərdi yaşayış evində partlayış olub.
Nəticədə evdə güclü yanğın başlayıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Əraziyə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub, alovun qarşı alınıb, yanğın məhdudlaşdırılıb.
İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Dəqiq səbəb isə, aparılan araşdırmalardan sonra məlum olacaq.

