Quba rayonunun Güləzi kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 120 kv.m. birmərtəbəli 4 otaqlı ev yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər mühafizə olunub.