İddiaya görə, Qubaya istirahəyə yollanan iki ailənin başına iş gəlib.
Shimal.News xəbər verir ki, onlar rayona səfərdən əvvəl yerli sakinlərdən biri ilə ev kirayəyə götürmək barədə razılaşıblar. Amma Qubaya çatdıqda fərqli mənzərə ilə rastlaşıblar.
“Gəlməmişdən öncə ev sahibi ilə danışıb, bizə ikimərtəbə ev lazım olduğunu bildirmişik. O da evin ikimərtəbə olduğunu deyib və razılaşmışıq. Gəlib Qubaya çatanda evin birmərtəbəli və cəmi iki otaqdan ibarət olduğunu gördük. Biz isə 15 nəfər idik…”,- deyə onlar narazılıqlarını bildiriblər.