Qubada 3 İyun - Dünya Velosiped Günü münasibətilə tədbir təşkil olunub. Bu barədə ShimalNews 3 iyun tarixində məlumat verir.
"Eco wheel" layihəsi çərçivəsində gənclər bir araya gəliblər. Məqsəd zərərli tüstülərlə ekologiyanı çirkləndirən nəqliyyat vasitələrini, alternativ olaraq velosipedlərə dəyişmək və sağlam həyat tərzini təbliğ etmək olub.
Layihə Quba regional “ASAN xidmət” Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Quba Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.