Quba Rayon Mərkəzi Xəstəxanasında düyünlü zobun uğurlu əməliyyatı icra olunub. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.
Ümumi cərrah Mayis Abdullayev tərəfindən 59 yaşlı pasiyent üzərində “Tiroidektomiya-Düyünlü Ur" əməliyyatı həyata keçirilib.
Əməliyyat ümumi cərrah - Cavidan Manafov və həkim-reanimatoloq-anestezioloq Faiq Həmidovun dəstəyi ilə 1 saata yaxın davam edib. Hazırda vəziyyəti qənaətbəxş hesab edilərək, pasiyent evə yola salınıb.
Tiroidektomiya əməliyyatı düyünlü zob və ya qalxanabənzər vəzin düyünlərini aradan qaldırmaq üçün əsas cərrahi müalicə üsullarından biridir.