Qubada avtomobilin vurduğu piyada 4 gün sonra ölüb.
Shimal.News xəbər verir ki, hadisə oktyabrı 2-də Mirzəməmmədkənd kəndində qeydə alınıb.
Süleyman Hüseynqulu oğlu Əliyev idarə etdiyi avtomobillə yolu keçən piyada Şıxseyid Şahbala oğlu Xəlilovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ş.Xəlilov ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.