59 saylı Quba seçki dairəsi üzrə deputatlığa sabiq namizəd Aytən Bədəlbəyli məhkəməyə müraciət edib.
Pravda.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Mərkəzi Seçki Komissiyası (MSK) ilə bağlıdır.
Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Elvin Əliyevin icraatındadır.