Qubada sel avtomobili sürücü ilə birlikdə xeyli məsafəyə gədər aparıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, Cimi kəndində yaşayan və məktəbdə çalışan Səxavət müəllimin başına iş gəlib. O, “Chevrolet” markalı avtomobili ilə çayı keçən zaman sel gəlib.
Nəticədə nəqliyyat vasitəsini su basıb və 100 m məsafəyə aparıb. Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.
Sakinlər bildirir ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.