top
Qubada cərahdan qonşusuna təzyiq - İDDİA
10 iyul 2025, 16:40
- ↺ +

Qubada cərahdan qonşusuna təzyiq - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Hospitalında lor-cərrah kimi çalışan Elçin Bayramovun Quba rayonunun Xucbala kəndində qonşusu olan vətəndaşa qarşı davamlı təzyiqlər göstərdiyi iddia olunur.

Bu barədə Konkret.az-ın redaksiyasına müraciət edən Sevinc Paşayeva bildirib ki, Elçin Bayramov onun ailəsini su və kanalizasiya sistemindən ayırmaqla təhdid edir və mülki hüquqları pozur.

Şikayətçi deyir ki, ötən il Əli Behbudov adlı şəxsdən aldığı evə köçdüyü gündən qonşuluqda yaşayan Elçin Bayramovun əsassız iddiaları ilə qarşılaşıb:

“Evə köçməzdən əvvəl kommunal sistemlə bağlı bütün məsələləri satıcı ilə dəqiqləşdirmişdik. Əli Behbudov bildirib ki, su və kanalizasiya xətləri qonşuluqdakı dostları ilə birlikdə çəkilib və heç bir problem olmayacaq. Lakin sonradan Elçin Bayramov bu xətlərin yalnız ona məxsus olduğunu iddia edərək bizi su xəttindən ayırmaq üçün müxtəlif təzyiqlərə başladı. Bütün danışıqlarımıza baxmayaraq, o, su xəttimizi qanunsuz şəkildə kəsdirdi”.

Şikayətçi bildirib ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Sonda Sevinc Paşayeva media vasitəsilə müraciət edərək məsələni ictimailəşdirməyi vacib saydığını bildirib:

“Bir həkimin – cəmiyyətin sağlamlığına cavabdeh olan şəxsin bu cür davranış sərgiləməsi narahatedicidir. İstəyirəm ki, bu hal ictimailəşsin və gələcəkdə daha ciddi fəsadlara yol açmasın”.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər