Qubanın Qənidərə kəndinin əhalisi sel fəsadlarını aradan qaldırır.
Bu barədə Shimal.News-a kənd sakinləri məlumat veriblər.
“Yağış və sel suları iri daşlar gətirib. Bu səbəbdən yollarımız bərbad günə qalıb. Öz hesabımıza texnika çağırıb hərəkət etmək üçün şərait düzəldirik. Yerli idarələrdən bizə kömək yoxdur”, - deyə sakinlər gileylənir.
Onların sözlərinə görə, bu cür yaşayış şəraiti çətin olduğuna görə 1000 nəfərə yaxın əhalisi olan kənd tərk edilir. İnsanlar rayon mərkəzinə və Bakıya üz tutur.