Bu gün Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində tədbir keçiriləcək. Bu haqda ShimalNews 8 noyabr tarixində məlumat verir.
Zəfər Gününə həsr olunmuş tədbir saat 16:00-da başlayacaq. Burada qazilər, şəhid ailələri, dövlət qurumları, müxtəlif təşkilatların rəhbərləri iştirak edəcəklər.
Sakinlər üçün konsert təşkil olunacaq və sonda Quba Meydanında atəşfəşanlıq baş tutacaq.