Quba rayonunun Səbətlər kəndində bir ailənin üç üzvü göbələkdən zəhərlənib.
Shimal.News-un məlumatına görə, kənd sakinləri - İqlimə Şahgədə qızı Seyidova, Seyid Mövlud oğlu Seyidov və Ümman Seyid oğlu Seyidov meşədən topladıqları göbələyi yedikdən sonra səhhətləri qəfil pisləşib.
Zərərçəkənlər dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib və ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.