Quba şəhərinin Heydər Əliyev prospektində yerləşən yerüstü keçiddə xoşagəlməz mənzərə yaranıb.
Shimal.News-un əldə etdiyi görüntülərdə plastik divar və pəncərələrin sındırıldığı, bəzi yerlərin yandırıldığı və yazılarla “bəzədildiyi” görsənir.
Vətəndaşlar bildirirlər ki, ərazidə və keçiddə müşahidə kameraları olmadığı üçün bəzi sakinlər belə əməllərə əl atırlar. Bununla yanaşı, keçiddə antisanitar vəziyyət də hökm sürür.
Məlumat üçün bildirək ki, Qubaya gələn turistlərin ilk qarşılaşdığı məkanlardan biri də bu yerüstü keçid olur. O 2018-ci ildə istifadəyə verilib.