Bu gün Quba rayonunun rəhbərliyi Bağbanlı qəsəbə tam orta məktəbinin inşaat işləri ilə tanış olub. Bu barədə ShimalNews 23 dekabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
İcra başçısı Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə ərazidə olub. Məktəbin inşaat işləri ilə tanış olunaraq müvafiq tapşırıq və tövsiyələr verilib.
Heydər Əliyev Fondu tərəfindən tikintisi aparılan məktəbdə 360 şagird təhsil ala biləcək.