Quba rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Bu haqda ShimalNews 31 mart tarixində Apa-ya istinadən xəbər verir.
Məlumata görə, hadisə Hacıqayıb kəndində baş verib. Azər Kamilov özünə məxsus həyətyanı sahədə ağacları dərmanladığı zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma gedir.