Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan “Shimal.News”a verilən məlumata görə, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional idarəsinin əməkdaşları rayon ərazisində birgə nəzarət-profilaktiki tədbir keçiriblər.
Tədbir zamanı məişət tullantılarının urnalardan kənara atılmasına, ərazidə antisanitar vəziyyət yaradılmasına görə rayonun Barlı kənd bələdiyyə sədri ilə profilaktik söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.