Azərbaycanda itkin düşən kişinin meyiti tapıldı.
Lent.az-ın məlumatına görə, hadisə Çartəpə kəndində qeydə alınıb.
Kənd ərazisindəki arxın kənarından Rusiya vətəndaşı olan 53 yaşlı Bahadir Nəcəfovun meyit tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Məlumata görə, mərhum iyulun 18-də itkin düşüb və axtarışa verilib.
Faktla bağlı araşdırma aparılır.