top
Qubada “ArchiVision Camp 2 – 2025” düşərgəsi keçirilib
05 iyun 2025, 09:16
- ↺ +

Qubada “ArchiVision Camp 2 – 2025” düşərgəsi keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba şəhərində “ArchiVision Camp 2 – 2025” gənclər düşərgəsi keçirilib. Layihə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı çərçivəsində baş tutub. Üç gün davam edən düşərgədə tələbələrə innovativ təlimlər, yaradıcı sessiyalar, praktiki məşğələlər və sosial fəaliyyətlər təqdim olunub.

Shimal.News xəbər verir ki, düşərgə proqramı zəngin və çoxşaxəli məzmunu ilə diqqət çəkib. Düşərgədə bir çox təlimlər təşkil olunub, günün sonunda isə tələbələr futbol, stolüstü tennis və voleybol üzrə keçirilən idman yarışlarında iştirak edərək bir-biriləri ilə daha yaxından tanış olublar və düşərgənin sosial mühitində fəal şəkildə yer alıblar.

İkinci gün təlimlərdən sonra keçirilən HAKATON mərhələsi düşərgənin kulminasiya nöqtəsinə çevrilib. Tələbələr “Gələcəyin dayanıqlı şəhəri”, “Smart Kampus” və “Kəndin rəqəmsal inkişafı” kimi mövzular ətrafında komandalarla işləyərək ideyalar formalaşdırıb. Konseptual təqdimatlar hazırlayan komandalar innovativ yanaşmalarını münsiflər heyətinə təqdim ediblər. Layihələr funksionallıq, sosial fayda, dayanıqlılıq və texnoloji tətbiq baxımından qiymətləndirilib.

Hakatonun sonunda komandalar ideyalarını münsiflər heyətinə təqdim edərək bir-biri ilə yarışıblar. Münsiflər təqdim olunan layihələri yenilikçilik, praktiklik, sosial fayda və təqdimat bacarığı baxımından dəyərləndiriblər. Bu mərhələ tələbələrin təqdimat bacarıqlarının və komanda işinin inkişafına xüsusi töhfə verib.

Günün sonunda isə “Marshmallow və concept party” təşkil olunub. Axşam əyləncəsi tələbələr üçün düşərgənin gərgin və məhsuldar gününü yaddaqalan bir atmosferlə tamamlayıb.

Düşərgənin üçüncü günü səhər idmanı ilə başlayıb, ardınca rəsmi bağlanış və mükafatlandırma mərasimi təşkil olunub. Fərqlənən iştirakçılar müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Mərasimdə Hakaton mərhələsində fərqlənən komandalar xüsusi diqqət mərkəzində olub. Münsiflərin qiymətləndirməsi əsasında I, II və III yerlərə layiq görülən komandalar xüsusi mükafatlarla təltif olunub, onların təqdim etdiyi layihələr innovativlik, dayanıqlılıq və sosial fayda baxımından yüksək dəyərləndirilib.

Son olaraq təşkil olunan Quba şəhər turu tələbələrin regionun tarixi və mədəni irsi ilə tanışlığına imkan yaradıb. Tələbələr Qırmızı Qəsəbədə dünyanın ən qədim dağ yəhudi icmalarından birinin həyat tərzi ilə tanış olub, Dağ Yəhudiləri Muzeyini və Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Tur Quba Soyqırımı Memorial Kompleksi ilə yekunlaşıb, burada iştirakçılar Azərbaycan tarixinin faciəli səhifələrinə nəzər salıblar.

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər