Qubada meyvə bağında xəsarət alan kişi həyatını itirdi.
“Bakıvaxtı.аz”ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən bağda baş verib. 63 yaşlı Mömün Qasımov alma yığarkən nərdivandan yıxılıb.
Xəsarət alan xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq həmin şəxsi xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.