Quba rayonunda qanunsuz ağac kəsimi faktı aşkar edilib. Bu haqda ShimalNews 14 dekabr tarixində Report-a istinadən məlumat verir.
Baş Prokurorluq tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar meşə fonduna daxil olan ağaclar və kolluqlar kəsilib.
Faktla bağlı cinayət işi başlanıb.