Quba rayonunda qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib. Bu barədə ShimalNews 11 fevral tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Tülər kəndi ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilərək ləğv edilib. Kənd sakinləri Təranə Lixanova və Sakit Əbilov barələrində protokol tərtib olunub.