Quba şəhəri Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə müəllimlərin müxtəlif təzyiq və qanunsuz tələblərlə üzləşdikləri barədə xəbər vermişdik.
Shimal.News-un sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəb-lisey haqqında səsləndirilən iddialarla bağlı komissiya yaradılıb:
“Təhsil müəssisəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.