Qubada şəhərində 75 yaşlı qadın dəm qazından boğulub.
Shimal.News xəbər verir ki, hadisə Mirzəbaba Tahirov küçəsi 31 ünvanında baş verib.
Bildirilir ki, Nazilə Zeynalova hamam otağında olarkən su qızdırıcıdan dəm qazı sızıb. Nəticədə qadın zəhərlənərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.