Qubalı şəhid Şahin Allahyarovun anasının halı pisləşib. Bu haqda ShimalNews 10 noyabr tarixində məlumat verir.
Bu gecə saat 03:00 radələrində 60 yaşlı Nərgiz Allahyarova özünü pis hiss edib. O, təcili tibbi yardımın köməkliyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda qadın reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, onun təzyiqi yüksək olub.