Quba rayonunun Paşoba kəndində faciəvi hadisə baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, 32 yaşlı Elçin Kərimov özünü Samur-Abşeron kanalına atıb. Yerli sakinlərin bildirdiyinə görə, hadisə bu gün gecə saatlarında olub.
Hazırda aidiyyəti qurumlar tərəfindən axtarışlar davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Bildirilib ki, Elçin Kərimov əslən Quba rayonunun İspik kəndindən olsa da, uzun müddətdir ki, Paşoba kəndində yaşayırdı.