Qubada evində tək yaşayan 47 yaşlı kişinin meyiti tapılıb. Bu barədə ShimalNews 14 dekabr tarixində xəbər verir.
Hadisə Zərdabi qəsəbəsində baş verib. Məlumata görə, Tərlan Xanbabayev 3 gün öncə dünyasını dəyişib. Hazırda ərazidə polis və prokurorluq əməkdaları çalışırlar.
Sakinlər bildiriblər ki, Tərlan ailəli olub, lakin içkiyə meyilli olduğuna görə yoldaşı ondan ayrılıb. Onun 3 qız övladı var.