Pul oğurlamaqda şübhəli bilinən Quba rayon sakini tutulub. Bu barədə ShimalNews 28 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Polis əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə şəhər ərazisindəki marketlərin birindən 2600 manat pul oğurlamaqda şübhəli bilinən Ş.Qasımov saxlanılıb.
Araşdırma aparılır.