top
Qubada 10 ixtisas üzrə 300 tələbə məzun olub
27 iyun 2025, 10:30
- ↺ +

Qubada 10 ixtisas üzrə 300 tələbə məzun olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının XXX məzun buraxılışı Qərbi Azərbaycana ithaf olunub.

AZƏRTAC-ın məlumatına görə, “Məzun günü”nün iştirakçıları əvvəlcə Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Qubadakı Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında yerləşən “Yaşıl teatr” da keçirilən tədbirdə filialın məzunları Qərbi Azərbaycan mahallarının adları ilə adlandıran qruplarla keçid ediblər.

ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında bildirib ki, filialdan 10 ixtisas üzrə 300 tələbə məzun olur.

Yusif Alıyev son 5 ildə filialda əldə edilən uğurlar, tələbə-məzunların nailiyyətləri, magistratura imtahanlarında göstərdikləri nəticələr, filialın elmi və beynəlxalq uğurları, əməkdaşlıqları haqqında məlumatları diqqətə çatdırıb.

Bildirilib ki, son illərdə filiala qəbul dinamikasında yüksək bal toplayanlar ümumi qəbul faizinin təxminən 50 faizə qədərini təşkil edib.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxışında məzunları və filialın kollektivini təbrik edərək bildirib ki, Pedaqoji Universitetin Quba filialı bölgə üçün ən dəyərli təhsil və elm ocağıdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə əmin olduğunu qeyd edib ki, bu gün məzun olan 300 nəfərin hər biri öz həyat yolunda yüzlərlə şagirdi elmin müxtəlif sahələrinə istiqamətləndirəcək.

Ə.Məhərrəmzadə Qubadan olan məzunların bu gün dünyanın ən mötəbər təşkilatlarında yeni texnologiyaların mütəxəssisləri kimi çalışdığını vurğulayıb.

Daha sonra Milli Məclisin deputatları Mahir Süleymanov, Azər Badamov, Müşfiq Məmmədli çıxış edərək ADPU-nun Quba filialının region üçün əhəmiyyətini vurğulayıb, təhsil və elmi istiqamətlərdə universitetin professor-müəllim heyətinin və tələbə-məzunlarının əldə etdikləri uğurları Azərbaycan təhsili üçün yüksək dəyərləndiriblər.

Tədbirdə filialın ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə sahib məzunlar Fəxri fərmanla təltif ediliblər.

Rəsmi hissədən sonra ADPU-nun Quba filialının XXX məzunları milli musiqi sədaları altında “Yaşıl teatr”ın səhnəsini dolaşaraq, salonda öz yerlərini tutublar.

"Məzun günü" rəqs və musiqi ifalarından ibarət bədii hissə ilə davam edib.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər